Türkiyədə Qədim Roma dövrünə aid yaşayış yeri tapılıb | FOTOLAR

   Türkiyədə Qədim Roma dövrünə aid yaşayış yeri tapılıb |    FOTOLAR
  16 Oktyabr 2025    Oxunub:521
Türkiyənin Adıyaman vilayətinin Gərgər rayonunda, təqribən 15 hektar sahədə Qədim Roma dövrünə aid yaşayış məntəqəsi üzə çıxarılıb.
Bu barədə Adıyaman Muzeyinin müdiri Məmməd Alqan yerli mətbuata müsahibəsində məlumat verib. O diqqətə çatdırıb ki, rayonun Oymaqlı kəndinin dağlıq ərazisində aşkarlanmış qədim məntəqədə bir sıra artefakt da tapılıb. Məntəqənin tarixinin eramızın IV əsrinə gedib çıxdığı vurğulanıb. Hazırda muzeyin əməkdaşları sözügedən ərazidə axtarış və tədqiqat işləri aparırlar.
Türkiyədə qədim mixi yazılar aşkarlanıb | FOTOLAR

"Burada çox sayda tikilinin xarabalıqları aşkarlanıb. Ərazi Kaxta qalasının yaxınlığında yerləşdiyi üçün, düşünürük ki, Qədim Roma dövründə yaşayış məntəqəsi imiş. Müəyyən tapıntılara əsasən isə deyə bilərik ki, məntəqənin sakinləri şərabçılıqla məşğul olublar", - Məmməd Alqan söyləyib.

Muzey müdiri vurğulayıb ki, ərazinin qeydiyyatı üçün Şanlıurfa Mədəni İrsin Mühafizəsi Regional İdarəsinə müraciət göndəriləcək.



Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Roma   məntəqə   tapıntı  



Xəbər lenti